Bakıdakı “Rus evi” sakinləri “Pasxa bazarı”na dəvət edir
Aprelin 27-də, Pasxa ərəfəsində Bakıdakı Rus evində ənənəvi Pasxa bazarı təşkil olunacaq.
“İNFONEWS” – un Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) əldə etdiyi məlumatda bildirilir ki, tədbir Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının, Rusiyalı Həmvətənlərin Əlaqələndirmə Şurasının, Azərbaycanın Rus İcmasının, “Yaşlek” Tatar Gəncləri Mərkəzinin dəstəyi ilə keçiriləcək.
Ziyarətçilərin ustaların əl işlərindən ibarət məhsulları və hədiyyələri əldə etmək fürsəti olacaq. Aksiyadan əldə olunan vəsait valideyn qayğısından məhrum olan uşaqlara yardıma yönəldiləcək.
Pasxa bazarı saat 12.00-dan 18.00-dək açıq olacaq. Giriş sərbəstdir.