Sinoptiklər küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər
“İNFONEWS” istinadən xəbər verir.
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, xəbərdarlığa əsasən, fevralın 13-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-25 metrədək güclənəcəyi proqnozlaşdırılır.
Fevralın 13-də Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, sürətinin 15-20 metr/saniyə olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi ehtimalı var.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 13-də Abşeron yarımadasında qısamüddətli xəzri küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.