AMEA prezidenti: Azərbaycanda elektron kitabxana işinin təşkilində problemlər var

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli naşir və kitabçılara çağırış edib.

“İNFONEWS”  xəbər verir ki, o, bu barədə Azərbaycan Naşirlərinin I Forumunda çıxışı zamanı bildirib.

Akademik söyləyib ki, Azərbaycan kitabçıları və naşirləri öz fəaliyyətlərini həm real, həm də virtual bazarın tələblərinə uyğun qurmalı, kağız kitabların qalmasında, eyni zamanda elektron kitabların inkişafında maraqlı olmalıdırlar.

Azərbaycanda elektron kitabxana işinin təşkilində müəyyən problemlərin olduğunu deyən akademik İ.Həbibbəyli bir sıra hallarda elektron kataloqların elektron kitabxana adlandırıldığını vurğulayıb, naşir və kitabçılarımızın dünyaya çıxması baxımından bu istiqamətin təkmilləşdirilməsinin vacib olduğunu söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir