Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşüb.
“İNFONEWS” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında paylaşım edilib.
“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşərək ikitərəfli gündəmdə duran mühüm məsələləri və yeni əməkdaşlıq sahələrinə xüsusi diqqət yetirməklə Azərbaycan və Qətər arasında mövcud tərəfdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə edib”, – məlumatda qeyd olunub.
FM @Bayramov_Jeyhun met with Prime Minister and Foreign Minister of Qatar @MBA_AlThani_ to discuss important issues standing high on bilateral agenda & the prospects of strengthening the existing partnership btw 🇦🇿 & 🇶🇦 with a special emphasis on new areas of cooperation. pic.twitter.com/GPKFmb2BfE
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 30, 2024