“Səsin illuziyası”- UNEC gənclərinin Eldost Bayramla görüşü

“Səsin illuziyası”- UNEC gənclərinin Eldost Bayramla görüşü

Mayın 4-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Elmi Cəmiyyəti (TEC) “İqtisadiyyat və idarəetmə” fakültəsinin təşkilatçılığı ilə “Səsin illuziyası” tədbiri baş tutub.

“İNFONEWS” – a UNEC TEC-dən verilən məlumatda bildirilib ki, yuxarıda adı çəkilən fakültənin TEC sədri Səlminaz Vəliməmmədovanın moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Xalq artisti, diktor Eldost Bayram (Bayramov) gənclərlə görüşüb, səsin həyatımızda, eləcə də iş fəaliyyətindəki önəmi, səs tonunun intonasiyaları, vurğuları barədə maraqlı söhbət aparıb, iştirakçılara öz zəngin fəaliyyət təcrübələrindən bəhs edib.

Əminik ki, tədbir Eldost müəllimin maraqlı xatirələri, müzakirələrlə uzun müddət yadda qalacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir