Avropa Dərman Preparatları Agentliyi Almaniyanın “Curevac” şirkətinin hazırladığı koronavirus vaksininin ekspertizasına başlayıb.
INFONEWS-un məlumatına görə, qərar preparatın laborator tədqiqatlarının və ilkin kliniki sınaqlarının nəticələri əsasında verilib.
Həmin preparatın koronavirusa qarşı anticisimlərin və immun hüceyrələrinin formalaşmasına kömək etdiyi məlum olub.
Hazırda “Curevac”ın insanlar üzərində sınaqları davam edir.
Qeyd edək ki, Avropa Dərman Preparatları Agentliyi bu günədək 3 koronavirus vaksininə qeydiyyat icazəsi verib. Ötən ilin sonunda və bu ilin əvvəlində “Pfizer” və “BioNTech” şirkətlərinin vaksini, “Moderna” vaksini, eləcə “AstraZeneca” ilə Oksford universitetinin birgə vaksini qeydiyyata alınıb.