Meksikada istilər keçən həftə 30 nəfərin ölümünə səbəb olub
Meksikada rekord istilər səbəbindən bir həftə ərzində azı 27 nəfər ölüb.
“İNFONEWS” xəbər verir ki, bu barədə “El Universal” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, anomal temperatur qurbanlarının çoxu ölkənin mərkəzində yerləşən San Luis Potosi ştatında qeydə alınıb. Orada 15 nəfər ölüb, həkimlər onların hamısında istivurma əlamətləri aşkar ediblər. Nəşr bildirir ki, ən yüksək temperatur məhz San Luis Potosidə qeydə alınıb, Belə ki, Valles şəhərində temperatur 48 dərəcəyə çatıb.