“Miqrasiya prosesləri iqtisadi, sosial və ekoloji faktorlar çərçivəsində…” – Aslan Əzimzadə

“Miqrasiya prosesləri iqtisadi, sosial və ekoloji faktorlar çərçivəsində…” – Aslan Əzimzadə

Bu günlərdə Qırğızıstanın Bişkek şəhərində, təhsil və sosial layihələrə dəstək və inkişaf xeyriyyə fondunun “PSP-Fond” və A.M. Qorçakov adına İctimai Diplomatiya Fondunun dəstəyi ilə həyata keçirdiyi “Miqrasiya prosesləri vahid Avrasiya məkanında əməkdaşlıq amili kimi” mövzusunda beynəlxalq dəyirmi masa və strateji sessiya keçirilir.

“İNFONEWS” – a Təşkilati Komitədən verilən məlumatında bildirilib ki, tədbirdə müxtəlif ölkələrdən miqrasiya sahəsi üzrə dövlət rəsmiləri, qeyri-hökümət təşkilatları və ekspert cəmiyyətinin görkəmli nümayəndələri iştirak edir. Sözügedən sessiyada Azərbaycan tərəfini iqtisadçı-ekspert Aslan Əzimzadə təmsil edir.

İqtisadçı- ekspert Aslan Əzimzadə müsahibəsində günümüzdə miqrasiya prosesləri iqtisadi, sosial və ekoloji faktorlar çərçivəsində olduqca aktual istiqamət olduğunu söyləyib, bu kimi tədbirlərin miqrasiya prosesi zamanı ölkələrin bir-biri ilə öz təcrübələrini bölüşməsi müstəvisindəki önəmini vurğulayıb.
Qeyd edək ki, miqrasiya sahəsi üzrə hər il keçirilən beynəlxalq dəyirmi masa sözügedən proseslərin inkişafına ekspert cəmiyyəti səviyyəsində öz töfhəsini verməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir