Bu ilin birinci rübündə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10 min 81 nikah və 5 min 124 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 4-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2) qalıb.
“İNFONEWS” Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, nikah səviyyəsi Qarabağ (5), Şərqi Zəngəzur (4,9), Mil-Muğan (4,7), Qazax-Tovuz və Lənkəran-Astara (4,5), Mərkəzi Aran (4,4), Gəncə-Daşkəsən (4,2) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.
Bu ilin yanvar-mart aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 616 nəfər gələn, ölkədən isə 481 nəfər gedən qeydə alınıb, miqrasiya saldosu ölkə üzrə müsbət 135 nəfər təşkil edib.