Zelenski Xarkova gedib.

Ukrayna Prezidenti Vladimir Zelenski Xarkova gedib.

“İNFONEWS” xəbər verir ki, bu barədə Prezident Zelenski “Telegram” hesabında məlumat verib.

O bildirib ki, Xarkov vilayətində, Volçansk və Liptsı rayonlarında əməliyyat vəziyyəti, vəzifələr və ehtiyaclar müzakirə olunub.

“Həmçinin döyüş vəziyyətinin perspektivləri, yaxın günlərdə və həftələrdə təhlükələr və bizim, Ukraynanın Rusiyanın hücum planlarına qarşı çıxmaq imkanları ətraflı təhlil olunub. Bu gündən Xarkov vilayətində vəziyyət ümumilikdə nəzarət altındadır, əsgərlərimiz işğalçıya xeyli itki verdirir”.

Ukrayna dövlət başçısı əlavə edib ki, bu istiqamətdə döyüşlər son dərəcə çətin olaraq qalır və Ukrayna bu istiqamətdə bölmələrini gücləndirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir