Yaponiyada intihar artdı: Tənhalıq Məsələləri naziri vəzifəsi yaradıldı
“İNFONEWS” xəbər verir.
Yaponiyada Tənhalıq Məsələləri naziri vəzifəsi yaradılıb.
“Kyodo” agentliyi bu barədə Bölgələrin Bərpası naziri Tetsusi Sakamotonun açıqlamasına istinadən xəbər yayıb.
Sakamotonun sözlərinə görə, 12 fevralda ölkənin Baş naziri Yoşehide Suqa onunla görüşüb və vəzifəsini Tənhalıq naziri vəzifəsi ilə birləşdirməsini tapşırıb.
O bildirib ki, Suqa intiharların artması və koronavirus fonunda digər problemlər səbəbindən bu qərarı verib.
Qeyd edək ki, 2020-ci ildə Yaponiyanın 20 919 sakini intihar edib ki, bu da 2019-cu illə müqayisədə 3,7 % çoxdur.