Azərbaycan neftinin qiyməti 63 dollara yaxınlaşır
“İNFONEWS” “Trend”-ə xəbər verir.
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 12-də 62,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel çoxdur.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,51 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 62,05 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel çoxdur.