Ukraynalı yarımmüdafiəçi Azərbaycan millisində oynaya bilər
“İNFONEWS” xəbər verir.
Ukraynanın “Minaya” klubunun yarımmüdafiəçisi Anatoli Nuriyev yaxın vaxtlarda Azərbaycan millisində oynamaq üçün bu ölkənin vətəndaşlığını qəbul edəcəyini deyib.
Bu barədə Sport.ua məlumat yayıb.
“Açıq şəkildə özümü beynəlxalq səviyyədə sınamaq istəyirəm. İlk dəfə Azərbaycan yığmasında oynamaq imkanımın ola biləcəyi barədə söhbətlər bir il əvvəl başladı. Axı ata tərəfim əslən azərbaycanlıdır.
Bəli, mən Transkarpat futbolunun məzunuyam, həmişə Ukrayna millisində olmaq arzusunda idim, amma çox yüksək rəqabətimiz var, hətta ölkənin əsas komandasına çağırış belə gözlənilməzdi, hələ debütü demirəm.
Qısası, xüsusən də Azərbaycan tərəfi bu məsələ ilə məşğul olduğundan hələlik təfərrüatına varmaq istəmirəm. Mənim işim peşəkar qabiliyyətimi sübut etməkdir. Düşünürəm ki, bu, baharda, Dünya Kubokunun seçmə mərhələsi başlayanda konkretləşəcək, çünki 24 mart təqviminə əsasən Azərbaycan millisi Portuqaliya ilə səfərdə oynayacaq və 30-da Serbiyanı qəbul edəcək”.