COP tədbirlərinə dövlət o vaxta qədər dəstək verəcək ki, yeni yaşıl həllərin qiyməti ənənəvi həllərin qiymətinə bərabər olsun və ondan aşağı düşsün.
“İNFONEWS” xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov “Ambisiyanın artırılması, fəaliyyətə təkan: COP29 Davamlı biznes forumu” adlı konfransda deyib.
“O zaman COP konfransları öz fəaliyyətlərini dayandıracaq. Çünki artıq özəl sektor bu işin içinə girmiş olacaq”, – deyə E.Soltanov əlavə edib.
O, bildirib ki, COP 29 üçün əsas məsələlərindən biri də maliyyə məsələsidir:
“Bizdə maliyə məsələsi dövlətdən dövlətə olan maliyyə məsələsidir. Hazırda maliyyənin həcmi 100 milyard dollardır və bu məbləğin həll edə biləcəyi iş yoxdur. Çünki, Çini çıxmaq şərti ilə hər il lazım olan maliyyə 2.4 milyard dollardır”.