Azərbaycan və Tacikistan arasında ikitərəfli sənədlər imzalanıb.
“İNFONEWS” xəbər verir ki, 7 ikitərəfli sənəd Azərbaycan-Tacikistan forumunun yekunu olaraq imzalanıb.
Sənədlərdən biri Tacikistanın Sənaye və Yeni Texnologiyalar Nazirliyi ilə Azərbaycanda qızıl yataqlarının işlənməsi ilə məşğul olan “Anglo-Asian Mining” şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum olub.
Tacikistanın “Sanoatsodirotbonk” bankı ilə Azərbaycan Sahibkarlığın İnkişafı Fondu arasında da Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi ilə Tacikistan Kənd Təsərrüfatı Nazirliyinin “Rəqəmsallaşdırma və Kənd Təsərrüfatı Kadrlarının Təkmilləşdirilməsi Mərkəzi” dövlət unitar müəssisəsi arasında kənd təsərrüfatında innovasiyalar sahəsində əməkdaşlığın inkişafına dair Niyyət Protokolu imzalanıb.
Bundan başqa, “Talco” ASC ilə Azərbaycan İnvestisiya Şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Tacikistanın Sənaye və Yeni Texnologiyalar Nazirliyi yanında Yeni Sənaye Texnologiyalarının Layihələndirilməsi üzrə Layihə Mərkəzi ilə “Baku Steel Company” QSC arasında Anlaşma Memorandumu, Tacikistanın “Avesto Group” MMC ilə Azərbaycanın “Azkompozit” MMC arasında əməkdaşlığın genişləndirilməsi haqqında Memorandum, “Tour TJ” azad zona şirkəti ilə “Turizm.az” MMC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında memorandum imzalanıb.