Yeni Kaledoniyada polisləri hərbçilər əvəz edəcəklər
Yeni Kaledoniyada ictimai obyektlərin mühafizəsi müvəqqəti olaraq yerli polisdən alınaraq hərbçilərə həvalə ediləcək.
“İNFONEWS” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Təhlükəsizlik Şurasının iclasından sonra bildirib. Dövlət başçısı qeyd edib ki, burada məqsəd “yerli polisin işini yüngülləşdirməkdir”.
Fransa prezidenti hökumətdən dənizaşırı ərazilərlə bağlı sayıqlıq və qətiyyət tələb edib. Hava limanlarının gələn bazar ertəsinədək bağlı qalmasına qərar verilib.