Azərbaycan vergi üzrə Çoxtərəfli Konvensiyaya qoşulacaq.
“İNFONEWS” -ün xəbərinə görə, bu, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək onlayn iclasının gündəliyinə daxil edilmiş “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya“nın təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.