İrlandiya, Norveç və İspaniya səfirləri İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.
Bu diplomatlar onların təmsil etdiyi ölkələrin Fələstini müstəqil dövlət kimi tanımaq barədə qərarı bəyan etdikdən sonra İsrail XİN-ə çağırılıb.
Qeyd edək ki, İsrail xarici işlər naziri bəyan edib ki, o, sözügedən üçü ölkədəki səfirlərini də məsləhətləşmələr üçün geri çağırıb.