Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədri – YENİ TƏYİNAT

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədri – YENİ TƏYİNAT

Sadiq Cabir oğlu Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

“İNFONEWS” – un Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən əldə etdiyi məlumatında bildirilib ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

S.Əliyev 1984-cü ildə anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb. 2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

S.Əliyev Prezidentin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir