İranın İslam inqilabını ifşa edən kitab Türkiyədə çapdan çıxdı

İranın İslam inqilabını ifşa edən kitab Türkiyədə çapdan çıxdı

“İNFONEWS” “kanal32.az” istinadən xəbər verir ki, Eluca Atalının İranın İslam inqilabını ifşa edən növbəti kitabı şapdan çıxıb.

“İran hizbullah zindanında” romanı “İnqilabın travması”, “Üç vəd, üç tələb”, “Qanlı orkestr”, “Həyatı tabutda axtaranlar” adlı dörd kitabdan ibarətdir. Roman tarixi, ictimai, siyasi baxımdan İran İslam İnqilabının təsadüf, yoxsa zəruriyyət olması suallarını cavablandırır. İnqilab və insan anlayışlarını üz-üzə qoyan müəllif, inqilabın antihumanist mahiyyət daşıdığını və insanı yediyini isbat edir.

1978-1988-ci illəri əhatə edən əsərdə hadisələr əsasən Paris, Qum və Urmiyə şəhərlərində baş verir.
Əsərdə azad düşüncəsinə görə şərlənib zindana atılmış yüzlərlə insanın taleyi ilə tanış oluruq. Eyni zamanda, digər maraqlı nüanslarla qarşılaşırıq. Məsələn, İmam Xomeynin Bakı planı, “Azadlıq” meydanında Leninlə qarşılaşması, hər iki liderin Quzey Azərbaycanda mövqe tutmaq uğrunda mübarizəsi və s. Eluca Atalının bu əsəri ilə ilk dəfə olaraq sistemli şəkildə bədii təsvir vasitələri ilə xomeynizmin mahiyyətini açır.
Kitab Türkiyənin “Çinaraltı” yayınlarında nəşr edilib.
Kitabı Bakıdan “Qanun” nəşriyyatından, “Ali və Nino” kitab mağazalarından, Türkiyədəki bütün kitab satış nöqtələrindən əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir