Türkiyədən PKK-ya ağır zərbə: 48 terrorçu məhv edildi
“İNFONEWS” xəbər verir.
Türkiyə ordusunun İraqın şimalındakı Qara bölgəsində apardığı “Pəncə Qartal-2” antiterror əməliyyatı başa çatıb.
Bu barədə ölkənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Nazir qeyd edib ki, əməliyyat zamanı 3-ü terror təşkilatının lideri olmaqla, ümumilikdə 48 terrorçu məhv edilib, 2 nəfər sağ ələ keçirilib.
Məlumata görə, PKK-nın hücumları nəticəsində 13 dinc sakin və Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi həlak olub, 3 hərbi qulluqçu yaralanıb.
Bundan əlavə, terrorçulara aid sığınacaq, silah-sursat anbarı, qərargah daxil olmaqla 50-dən çox hədəf məhv edilib.