UNEC – də korrupsiya ilə mübarizəyə dair tədbir keçirilib
UNEC-in “İqtisadiyyat” kafedrasında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı maarifləndirici tədbir keçirilib.
“İNFONEWS” – in UNEC-dən əldə etdiyi məlumatına görə, tədbirdə kafedranın dosenti Pərviz Səmədov mövzu ilə bağlı çıxış edərək, korrupsiyanın dövlətin, xalqın mənafeyini sarsıdan bir bəla olduğunu, dünyada qurumların koordinasiyalı bir şəkildə şəffaf çalışmasının prinspial məsələ olduğunu, ictimai nəzarətin gücləndirilməsini, dövlət mənafeyini hər şeydən öndə, şəxsi mənafedən uca tutulmalı olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirdə iştirak edən kafedranın digər müəllimləri və ixtisas üzrə tələbələr çıxışa öz fikirlərini bildirərək, korrupsiyaya qarşı mübarizəyə dəstək göstərilməsinin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.