Yol polisinin küləklə əlaqədar hərəkət iştirakçılarına MÜRACİƏTİ

Yol polisinin küləklə əlaqədar hərəkət iştirakçılarına MÜRACİƏTİ

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

“İNFONEWS” – un xəbər verir ki,  müraciətdə deyilir: “Hazırda bölgələrdə müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar sürücülərdən, hərəkət iştirakçılarından yollarda xoşagəlməz hallarla qarşılaşmamaq üçün yol nəqliyyat hadisələrinin baş verməməsi üçün yol hərəkəti qaydalarına ciddi yanaşmağı, ara məsafəsini normada saxlamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.

Bununla yanaşı, güclü küləyin əsməsini nəzərə alaraq, piyadalar da yollarda və küçələrdə təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etsinlər, əsasən də hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

Bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, həmçinin avtomobillərinə hər hansı ziyan dəyməməsi üçün son dərəcə diqqətli və ehtiyatlı olmaq tövsiyə edilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir