Dağıstanda 24, 25, 26 iyun matəm günləri elan edildi
Dağıstanda 15-dən çox polis əməkdaşı terror aktlarının qurbanı olub, bir neçə mülki şəxs də həlak olub.
“İNFONEWS” xəbər verir ki, bu barədə Dağıstan Respublikasının başçısı Sergey Melikov bildirib.
“Dağıstanın sülh və əmin-amanlığını müdafiə edən 15-dən çox polis əməkdaşı terror aktının qurbanı oldu”, – deyə region rəhbəri teleqram kanalında yayımladığı videoda qeyd edib.
O əlavə edib ki, bir neçə mülki şəxs həlak olub. Respublikada iyunun 24, 25 və 26-sı matəm günləri elan edilib.