“Ekoloji problem hələ də qalmaqda davam edir”- Umayra Tağıyeva
“Ekoloji problem hələ də qalmaqda davam edir”
“İNFONEWS” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Xankəndi şəhərində keçirilən “Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu” mövzusunda elmi-praktiki konfransda deyib.
O bildirib ki, ekoloji problemlərin həlli üçün geniş işlər görülməlidir və bunun üçün böyük maliyyə vəsaiti lazımdır: “Bunlar mərhələli şəkildə həyata keçirilir. Problemlərin həlli üçün yeni texnoloji işlər aparılır. Ətraf mühitə olan risklər də müşahidə olunur. Qanunvericiliyin təkmilləşməsi və maarifləndirmə aparılması bəzi müsbət hallar yaradır.
Onun sözlərinə görə, Bakıda orta hesabla bir adama 5 kvadratmetr yaşıllıq düşür. Burada norma 20-25-dir. Görüləsi işlər çoxdur. Yaşıllıqların artırılması bütün dövlət orqanları qoşulur. Bu çox müsbət haldır.