Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu davam edir – Zəngilan
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilan rayonundakı Konqres Mərkəzində keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun ikinci gününə start verilib.
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir ki, ictimai birliklərin 200-ə yaxın təmsilçisinin iştirak etdiyi forumun ikinci günündə “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları” və “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələr keçiriləcək. Həmçinin “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin Həmrəylik Müraciəti” oxunacaq.
Daha sonra QHT nümayəndələri Zəngilan məscidi ilə tanış olacaqlar.