Xəyalların Şahzadəsinin şeir dəftərindən- “Barışaq, gözlərim gözünə qurban”

Xəyalların Şahzadəsinin şeir dəftərindən- “Barışaq gözlərim gözünə qurban?”

“İNFONEWS” təqdim edir.

BARIŞAQ, GÖZLƏRİM GÖZÜNƏ QURBAN

Yenə nə oldu ki, a təbərriyim,
Deyəsən küsmüsən – baxışlar deyir.
Bu mənim şəninə şer qoşduğum
Dərdindən öldüyüm baxışlar deyil!
Mən bilən mən acıdilli deyiləm,
Xətrinə nə dəydi, de görüm, bilim.
Canımın dərdindən deyirəm, quzum,
Küsdünsə mən öldüm demək, sevgilim!
Bağışla nə dedim, neynədim sənə,
Bir də söyləmərəm, oldu ta tənəm!
Sənsizlik qoy burda bitsin dayansın
Sənsizlik nə imiş, billəm, bir dənəm!
Bir günah mənimki, bir günah sənin,
Sən məni, mən səni az asaq-kəsək.
Olumla ölümün arası andı
Bir bunun xətrinə gəl az-az küsək!
Onsuz da qaranlıq dünyam kor olur,
Səm incik baxanda, peşman duranda.
Bu gün dörd gündür ki küsmüsəm məndən
Küsmək üç gün olar – yazır Quran da!
Könlün nə istəyir ? – Çəkim cəzamı,
Necə ağır olsa, həsrətdən asan!
…Səni cəhənnəmdən o yana yollan,
Ay eşq kitabına küsüşmək yazan!
Baxma sən birəlli tutursan məni,
Əl etsəm min biri sözümə qurban.
Yaxşı ta, az inad eylə, tök daşı
Barışaq, gözlərim gözünə qurban.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir