“Türk Hava Yolları” bir sıra reyslərini təxirə salıb

“Türk Hava Yolları” bir sıra reyslərini təxirə salıb

Dünyada yaranan rabitə problemləri səbəbindən “Türk Hava Yolları” (THY) aviaşirkəti bir çox reysi təxirə salıb.

“İNFONEWS” aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, THY dünya üzrə müxtəlif sektorlarda bir çox şirkətə təsir edən proqram təminatı ilə bağlı yaranan problemin həllinə dəstək məqsədilə sistemindəki sıxlığı azaltmağa çalışır.

“Uçuşlarla bağlı yarana biləcək problemin qarşısını almaq məqsədilə THY tərəfindən icra olunan bəzi səfərlər təxirə salınır. Reyslərin tədricən normallaşması ilə bağlı tədbirlər görülür”, – deyə THY-nin məlumatında bildirilir.

Şirkət uçuşu ləğv olunan sərnişinlərin mobil tətbiq vasitəsilə dəyişiklik edə biləcəyini bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir