“Naxçıvanda xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 27 faizini əhatə edir”
“Hazırda Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 27 faizini əhatə edir. Bu səbəbdən də muxtar respublikada ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarında və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi prioritet məsələlər sırasındadır”.
“İNFONEWS” xəbər verir ki, bunu Naxçıvan Biznes Mərkəzində “COP 29, İqlim dəyişikliklərinin ətraf mühitin komponentlərinə təsirləri” mövzusunda keçirilən konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
Səlahiyyətli nümayəndə bildirib ki, İqlim dəyişmələrinin fauna və floraya təsirlərini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası ərazisində bioloji müxtəlifliyin qorunması sahəsinə diqqət artırılır. Hazırda Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 27 faizini əhatə edir. Bu səbəbdən də muxtar respublikada ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarında və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi prioritet məsələlər sırasındadır. İqlim dəyişiklikləri və qlobal istilik effekti ilə mübarizədə atmosferə təsir göstərən müəssisələrdə filtirlərin, qaztutucu, toztutucu və digər qurğuların quraşdırılması, tullantıların norma daxilində saxlanılması, alternativ enerji mənbələrindən istifadənin geniş tətbiqi, yaşıllıq sahələrinin artırılması, bərk məişət və təhlükəli tullantıların düzgün idarə olunması istiqamətində sistemli iş aparılır.