Laçında kitabxanaçılara “Ziyadar” mükafatı təqdim edilib

Laçında kitabxanaçılara “Ziyadar” mükafatı təqdim edilib

Bir neçə gün öncə ziyalılarımz Laçındakı “Simurq” kitabxanasının qonağı olublar.

“İNFONEWS” xəbər verir ki, “Adiloğlu” nəşriyyatının maddi dəstəyi və “Yazarlar” jurnalının təşkilatçılığı ilə “Ziyadar” yazarlar Gülnarə İsrafil, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Qəndab Əliyeva, gənc yazar Aysu Türkel və şair, yazıçı, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac Laçında yaradılmış “Simurq” kitabxanasının qonağı olublar. Həmişə olduğu kimi bu dəfə də kitabxanaya xeyli kitab hədiyyə edilib. Eləcə də hər zaman diqqət və qayğısını kitabxanaçılardan əsirgəməyən Zaur Ustac kitabxananın əməkdaşlarına “Ziyadar” mükafatını  təqdim edib.

Maraqlı, uzun müddət yadda qalacaq görüşə görə kitabxanaçılar qonaqlara, xüsusilə, Zaur Ustaca öz təşəkkürlərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir