Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrin ən yaxşı məşqçilərinin siyahısını hazırlayıb.
“İNFONEWS” xəbər verir ki, siyahıya “Tottenhem”in baş məşqçisi Joze Mourinyo başçılıq edir.
Portuqaliyalı mütəxəssis 2001-20-ci illər üçün dünyanın ən yaxşı baş məşqçisidir. Onun 226 xalı var.
Siyahının 2-ci sırasında Almaniya yığmasına rəhbərlik edən Yoahim Löv yer alıb. Alman çalışdırıcının 213 xalı var. 3-cü pillədə isə “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson və “Mançester Siti”nin hazırkı çalışdırıcısı Xosep Qvardiola yer alıb. Hər iki məşqçinin 183 xalı var.