“Gənc Tədqiqatçı” tədqiqat təlimi adlı layihənin icrasına START verilib
Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intelektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə 23 noyabr 2023 – 10 yanvar 2024-cü il tarixlərində keçirilmiş “İdeyanı Reallaşdır – 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi çərçivəsində “Gənc Tədqiqatçı” tədqiqat təlimi adlı layihənin icrasına start verilmişdir.
“İNFONEWS” xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) əsas tərəfdaşlığı, Azrbaycan Dövlət İqtisad Uniersiteti (UNEC) Tələbə Elmi Cəmiyyətinin (TEC) tərəfdaşlığı ilə həyata keçiriləcək layihənin rəhbəri UNEC Türk Dünyası İktisad fakültəsinin IV kurs tələbəsi Həsənov Əli Elşad oğlu layihə barədə geniş məlumat verib.
O qeyd edib ki, bu gün ölkəmizdə Suni İntellekt termini aktualdır. Suni intellekt , onun alətləri və bu fəsildən olan bütün sahələrin inkişafı qlobal səviyyədə vacib və əhəmiyyətlidir. Süni intellektin öyrədilməsi elmi məqalə yazarkən tədqiqat prosesini sürətləndirir və daha dəqiq məlumatların toplanmasını təmin edir. O, mətnlərin avtomatik təhlili, məlumatların tərcüməsi və kompleks hesabatların hazırlanmasında kömək edir. Süni intellekt vasitəsilə məqalə yazmaq üçün tələb olunan məlumatlar daha tez və effektiv şəkildə əldə edilir. Bununla yanaşı, mövcud məlumat bazalarını təhlil edərək yeni tədqiqat istiqamətləri aşkar edə bilir. Nəticədə, süni intellekt elmi işlərin keyfiyyətini və effektivliyini artırır. İdeyalı gənclərin bu sahədə maariflənməsi və öz töhvələrini verməsi üçün mütəmadi olaraq infosessiyalar, seminarlar vətədbirlər həyata keçirilməlidir.
Onun sözlərinə görə, gənclərin bu sahədə məlumat sahibi olmağı vacib olsa da, daha önəmli faktor əldə edilmiş biliklərin istifadəsidir. Bu səbəbdən, layihə iştirakçılarına məqalə yazmağın əsasları da öyrədiləcəkdir. Beləliklə, təlimin sonunda iştirakçılar əldə etdiyi fundamental biliklərdən istifadə edərək cəmiyyət üçün əlavə dəyər yarada biləcəkdir.
Layihə rəhbəri bildirir ki, ümumilikdə 40 nəfər seçilmiş tələbənin iştirakı planlaşdırılıb və iştirakçılara hər iki təlim üzrə sertifikatların təqdim olunması nəzərdə tutulub.
Sonda qeyd olunub ki,”Gənc Tədqiqatçı” tədqiqat təlimi 27-28 avqust tarixləri aralığında Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcəkdir.