Mədəniyyət Nazirliyində Yüksəliş qalibləri – YENİ TƏYİNATLAR
Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin Hüquq və İnsan Kapitalının İdarə Edilməsi şöbəsinin müdiri vəzifəsinə və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyinat olub.
“İNFONEWS” – in Mədəniyyət Nazirliyindən əldə etdiyi məlumatında bildirilib ki, Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə Orxan İsgəndərov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə isə Seymur Hüseynov təyin edilib.
Hər iki şəxs dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləridir.