“Balkonda tələbələrin gülər üzlərini görmək böyük xoşbəxtlikdir”

“Balkonda tələbələrin gülər üzlərini görmək böyük xoşbəxtlikdir”

“Mən bir daha sizi ürəkdən salamlayıram. Mən Azərbaycan tarixi haqqında çox danışa bilərəm. Çünki mən bu tarixi yaşamışam, son 30 ilin tarixini və bu gün Qarabağda, azad Qarabağda olmaq, sizi görmək, yataqxanada, o balkonda tələbələrin gülər üzlərini görmək doğrudan da böyük xoşbəxtlikdir”.

“İNFONEWS” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib.

“Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz. Müəllimlərə, tələbələrə uğurlar arzulayıram. Yaxşı işləyin, yaxşı oxuyun ki, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman – əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun! Sizi təbrik edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir