Fransa millisinə birnömrəli namizəd Zidandır
“İNFONEWS” “Qol.az” -a istinadən xəbər verir.
“Real”ın baş məşqçisi Zinəddin Zidan Did Deşamın mümkün gedişindən sonra Fransa millisinin baş məşqçisi vəzifəsinə əsas namizəddir.
Bu barədə Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre bildirib.
“L’Equipe” nəşrinə müsahibəsində o deyib ki, Zidanla yaxşı münasibətləri var: “Əgər Deşam getsə, mən də o vaxt vəzifədə olsam, Zidan birinci namizəd olacaq”.