Emin Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edəcək

Emin Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edəcək

Dekabrın 13-də Heydər Əliyev Sarayında Xalq artisti Emin Ağalarov növbəti ənənəvi qış konsertini təqdim edəcək.

“İNFONEWS” xəbər verir ki, bu ilki yubiley konsertində müğənni sevilən lirik kompozisiyaları və rəqs nömrələrindən ibarət hitləri ilə pərəstişkarları qarşısına çıxacaq.

Canlı səs, inanılmaz atmosfer və sərhədsiz emosiya – bütün bunlar həmin gün Heydər Əliyev Sarayına gələn qonaqları gözləyir.

Saat 19:00-dan 21:00-dək davam edəcək konsertə biletləri “iTicket.az” saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, musiqidə özünəməxsus dəst-xətti olan Emin Ağalarov dünya şöhrətli Frenk Sinatra, Elvis Presli və özünün müəllimi saydığı Müslüm Maqomayev kimi musiqi sənətinin dühalarından ilhamlanaraq bu sənətə gəlib. 2006-cı ildə onun “Still” adlı ingiliscə ilk albomu çıxıb və albomla eyniadlı mahnı hitə çevrilib. Bu albomda, həmçinin onun öz bəstələri də yer alıb. Daha sonra Eminin 2007-ci ildə “İncredible” adlı albomu işıq üzü görüb və albomdakı “Don’t cry” mahnısı sevilən mahnılar sırasında yer alaraq, eyni zamanda, film musiqisi kimi də tanınıb. O, həmçinin dünya musiqi sənətinin əfsanələrindən olan E.Presli və F.Sinatranın mahnılarından ibarət “Obsession”, “Devotion” albomlarını buraxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir