Mingəçevir Dövlət Universitetinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

“İNFONEWS” xəbər verir ki, 2020-ci il 8 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup professor, müəllim və inzibati-texniki heyət üzvləri Mingəçevir şəhərinin Şəhidlər xiyabanını ziyarət ediblər.

Vətənimizin qorunması, müstəqilliyimizin gücləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda şəhid olmuş qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri qoyulub, onların əziz xatirələri dərin ehtiramla yad edilib.

Universitet əməkdaşları Şəhidlər xiyabanı ərazisində yerləşən “20 yanvar şəhidləri”, “Azərbaycanlıların soyqırımı və deportasiyası tarixi” və “İtkinlər” xatirə komplekslərini də ziyarət ediblər.

Qeyd edək ki, şəhidlərin xatirəsinin uca tutulması, onların adlarının əbədiləşdirilməsi, şücaətlərinin yüksək qiymətləndirilməsi və qəhrəmanlıqlarının təbliği istiqamətində MDU tərəfindən davamlı tədbirlər həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir