Nazirlə TƏBİB rəhbərinə peyvəndin ikinci dozası da vurulub Ötən gün səhiyyə naziri Oqtay Şirəliyev “COVID-19” əleyhinə yenidən peyvənd olunub.
Bu barədə “İNFONEWS”-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirə 28 gündən sonra “CoronaVac” vaksininin ikinci dozası vurulub.
Dünən həmçinin, TƏBİB sədri Ramin Bayramlıya da koronavirus əleyhinə vaksinin ikinci dozası tətbiq edilib. TƏBİB-in Mətbuat Xidmətindən bildirilib ki, vaksinasiya xəstəxanaların birində həyata keçirilib və R.Bayramlı peyvənddən sonra özünü yaxşı hiss edir.
Xatırladaq ki, hər iki səhiyyə rəsmisinə koronavirus əleyhinə peyvəndin ilk dozası yanvarın 18-də Bakı Sağlamlıq Mərkəzində vurulmuşdu.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda “COVID-19” virusuna qarşı vaksinasiya prosesi başlayıb. Fevralın 8-dən 65 yaşdan yuxarı şəxslər peyvəndlənir. Sabahdan isə yaşı 50 və daha yuxarı olan şəxslər peyvəndlənmə üçün müraciət edə biləcəklər.