Türkiyədə terror aktı: 4 nəfər ölüb, 14 nəfər yaralanıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Aerokosmik Sənayesinə (TUSAŞ) hücumu pisləyib.
“İNFONEWS” xəbər verir ki, hücum zamanı həyatını itirənlərə rəhmət, yaralıların isə tezliklə sağalmasını diləyib.
Ərdoğan hücum zamanı 4 nəfərin öldürüldüyünü bildirib.
Rusiya prezidenti Vladimir Putin də həmkarı R. T. Ərdoğanla görüşündə terror aktını pisləyərək başsağlığı verib.