“Azərpoçt” adından dələduzluq halları davam edir
“Azərpoçt” MMC-nin adından dələduzluq halları davam edir.
“İNFONEWS” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadla (ETX) xəbər verir ki, müxtəlif nömrələrdən vətəndaşlara mesajlar göndərilərək bağlamalarının müvəqqəti saxlanıldığı və geri qaytarılmaması üçün ünvan məlumatlarını saxta keçidə daxil olaraq yeniləmək bildirilir. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir”, – deyə ETX-nin məlumatında qeyd olunub.