Bu gün balaca igid Rəşidin doğum günüdür – TƏBRİK EDİRİK!
Bu gün dünyaya qədəm qoyduğu gündən Abdullayevlər ailəsinin, əzizlərinin, doğmalarının həyatına anlam, sevinc, gözəllik, əyləncə qatan balaca igid Rəşidin ad günüdür.
Bu münasibətlə atasının həyatını işıqlandıran, üzünü gülümsədən və qəlbimə güclə sığacaq qədər sevinc bəxş edən
RƏŞİD RAUL oğlu ABDULLAYEVin 6 yaşını ürəkdən təbrik edirik.
“İNFONEWS” komandası və Rəşidsevərlər arzulayırıq ki, hər yeni yaşı ona həmişə xoşbəxtlik gətirsin.
Ümidvarıq ki, Rəşid hər sahədə – həm təhsilində, həm də gələcək karyerasında, eləcə də görəcəyi bütün işlərində uğur qazanacaq, ailəsinin, doğmalarının, eləcə də xalqımızın fəxri olacaqdır.