“El atası” Tərlan Əliyev vəfat edib

Tərlan Əliyev vəfat edib Bu gün Rusiyada Nijni Novqorod şəhərində həmvətənimiz Tərlan Əliyev ilə vida mərasimi keçirilib.

“İNFONEWS” xəbər verir ki, Diasporanın ən fəal üzvlərindən olan, “Azərbaycan cəmiyyətinin sədri, dəfələrlə Azərbaycan və Rusiya dövlətləri tərəfindən müxtəlif orden və medallarla təltif edilmiş, xalq arasında “elin atası” kimi tanınan nəcib ziyalı, xeyriyyəçi Tərlan Əliyev vəfat edib.

Qeyd edək ki, Əliyev Tərlan Kərim oğlu 1950-ci il 5 iyun tarixində Lənkəran rayonunun Separadi kəndində anadan olub.

Tərlan müəllim hər zaman xeyirxah işləri ilə soydaşlarımıza yardım edib, şad və dar günlərində yanlarında olub. Tərlan Əliyev dünən Rusiyanın Nijni Novqorod şəhərində “COVİD-19” pandemiyasının qurbanı olub.

T.Əliyevin yaxınları “İNFONEWS” –a bildiriblər ki, mərhumun nəşi bu gün Azərbaycana gətiriləcək.

Allah rəhmət eləsin!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir