Putin Kurili qaytarmayacaq

Putin Kurili qaytarmayacaq

“İNFONEWS” “Adalet.az” -a istinadən xəbər verir.

Yapon KİV-ləri: “Kuril adalarını yaddan çıxarın”

Yaponiyanın “Sankel Shumbun”, “Asahi Shumbun”, “Mainchi Shumbun”,  “NHK” teleradio şirkəti və “Kyudo” agentliyi, Rusiya prezidenti Vladimir Putinin Moskva və Tokio arasında münasibətlərin inkişafı olə bağlı bəyanatını geniş şəhr edir.

Rusiya KİV-lərinin baş redaktorları ilə görüşündə prezident Putin bildirib ki, Rusiya Yaponiya münasibətlərində Konstitusiyaya zidd ola biləcək heç bir addım atılmayacaq. Yaponiya KİV -ləri prezidentin bu bəyanatından sonra belə qənaətə gəliblər ki,  Moskva Cənubi Kurilin qaytarılmasına getməyəcək.

KİV-lərin bu qənaəti yapon oxucuları və sosial şəbəkə iştifadəçilərinin geniş müzakirəsinə səbəb olub. “Rahatlanın, Putinin hakimiyyəti dövründə bizə heç bir ada veriməyəcək. Münasibətlərin qurulmasında ilk növbədə iqtisadi əlaqələrin qurulması strategiyasına diqqət etməliyik”- deyə “rod nikom yam” adlı istifadəçi yazır.
“Bitdi! Putinin bu sözlərindən sonra gəlin “adaları” unudaq. Gəlin həmçinin Cənubi Koreya ilə mübahisəli Takesimo adalarınıda unudaq! Çinlə mübahisəli Senkaku adalarınıda unudun! Olimpiadanıda unudun!”

– deyə İntothe əsəbi şəkildə bildirir.
“Kat” isə qeyd edir ki, ” Putin öz ölkəsinin Konstitusiyasını qorumalıdı, bu prezident kimi onun vəzifəsidir. Yaponiya Rusiyaya iqtisadi köməklərini dayandırmalıdır və Rusiyaya qarşı siyasətində alçalmamalıdır”.

Bir sözlə Rusiya ikinci dünya müharibəsi zamanı işğal etdiyi Cənubi Kuril adalarını 70 ilə yaxındır ki, iki dövlət arasında mübahisə mövzusuna çevirib. Moskva bu illər ərzində Yaponiyanın ikinci dünya müharibəsinin nəticələrini və Rusiyanın mübahisəli Kuril adaları üzərində suverenliyini tanımasını tələb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir