Xəyalların Şahzadəsinin şeir dəftərindən- “…Yağan yağış, Ondan danış… Onla danış…”

Xəyalların Şahzadəsinin şeir dəftərindən- “…Yağan yağış, Ondan danış… Onla danış…”

“İNFONEWS” təqdim edir:

YAĞAN YAĞIŞ, ONDAN DANIŞ! YAĞAN YAĞIŞ, ONLA DANIŞ!  yağış, onla danış!
Yağan yağış,
Ondan danış!
Ayrı heç nə istəmirəm.
Çək adını yağa yağa.
Onsuz çöl – çəmən darıxır.
Ətrini səp sola – sağa.
Yu qəlbimdən həsrətini,
Aynaları yuyan kimi.
Dadım nolar ülfətini,
Torpaq səni duyan kimi.
Yağan yağış,
Ondan danış!
Darıxırmı mənim üçün,
İslanırmı nazbalışı?
Haçan gələr sora-sora,
Bezdirirmi dost tanışı?
Əllərinə yad əl dəyib,
Toxunurmu görən, yağış,
Baxıb bu aciz canıma,
Səmalardan gülən, yağış.
Yağan yağış,
Ondan danış.
Danış görüm, o necədir,
Ruhu payızmı, ya qışmı?!
Ya mən ona çox gəlirəm,
Mənim tək ruhla tanışmı?
Yağış, nolar sinəm nədi,
Ömrüm-günüm alovdu, de!
Həsrətini yumaq üçün.
Dənizlərdə qalıbdı, de!
Yağan yağış,
Ondan danış.
Saçlarına dəyirsənmi,
Alırsanmı qoxusunu,
Aynasını döyürsənmi,
Qaçırdırsan yuxusunu?!
Deyirsənmi yarın qalıb
Qürbətlərdə gözündə yaş…
Yağış, sənə qurban olum,
Deyəndə de yavaş yavaş.
Yağan yağış
Onla danış.
De qıymır ki dərdi deyib,
Dərdinə dərdlər çiləsin.
Soranda ki, sən necəsən…
Yazıq bilmir ki, neynesin!
Deynən əlacın yarının
Allah kesib qram-qram,
Deynən baxmasın soyuğam,
Onu bir an unutmuram.
Yağan yağış,
Onla danış!
Sərhədləri istəmirəm,
Açılmasın gəlməsə o!
Denən mən yağış olmaram,
Gözleməkdən ölməsə o!
Yağan yağış, al gözümdən
Bircə gilə göz yaşımı,
Qat qəlbinin göz yaşına,
Apar qatsın qoy başını.
…Yağan yağış,
Ondan danış…
Yağan yağış,
Onla danış…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir