“Gənclər arasında könüllülüyün təbliği” layihəsinin icrası başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondu və Kürdəmir Gənclər Evinin tərəfdaşlığı ilə “Gənclər arasında könüllülüyün təbliği” layihəsinin icrası başa çatıb.

İyirmi gənc könüllünün iştirak etdiyi layihə “İdeyanı Reallaşdır – 2023” müsabiqəsinin qalibi, layihə rəhbəri Bakı Dövlət Universitetinin dövlət və ictimai münasibətlər ixtisası üzrə 3-cü kurs tələbəsi Əliyeva Sona Rahman qızı layihə iştirakçılarına təşəkkür edib, onlara uğurlar arzu edib.
Layihədə iştirak edən gənclərə könüllü olmağın üstünlükləri haqqında maarifləndirici məlumat verilib. O cümlədən, gənclərin bir sıra könüllülük fəaliyyətinə başlamaları üçün istiqamət göstərilib.
Qeyd edək ki, Gənclər Fondunun fəaliyyət istiqamətlərinə gənclər və gənclər təşkilatları üçün qrant müsabiqələri, beynəlxalq tədbirlərdə və beynəlxalq təşkilatların təcrübə proqramlarında iştirakın maliyyələşdirilməsi, ölkədaxilində sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil haqlarının qarşılanması, xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistratura təhsilinin maliyyələşdirilməsi, gənclərin məşğulluğunun təmini və gənclərin inkişafı ilə bağlı proqramların hazırlanaraq icrası daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir