“Bu, doğru məlumat deyil…” -Nazirin Millət Vəkilinə CAVABI

“Bu, doğru məlumat deyil…” -Nazirin Millət Vəkilinə CAVABI

Milli Məclisin plenar iclasında deputat Ceyhun Məmmədov Azərbaycanda 4400 məktəbdən 1500-nün bağlanmasının planlaşdırıldığını açıqlayıb.

“İNFONEWS” xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev öz sosial şəbəkə hesabından bu məsələ ilə bağlı paylaşım edərək, mövzuya aydınlıq gətirib.

“Bu, doğru məlumat deyil. Bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu, əvvəllər də qeyd etdiyim “eşitdiyini və ya oxuduğunu doğru anlamamaq” problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək”, – deyə nazir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir