“BİR QƏLBİ DƏ SƏN İSİT!” aksiyasına start verildi
“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı və “Bravo” marketlər şəbəkəsinin birgə əməkdaşlığı ilə qarşıdan gələn Yeni il münasibətilə “Bir qəlbi də sən isit!” aksiyası həyata keçirilir.
“İNFONEWS” – un Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən əldə etdiyi məlumatına görə, bir ay davam edəcək aksiya çərçivəsində vətəndaşların dəstəyi ilə dekabr ayı ərzində 3-14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzuları gerçəkləşdiriləcək.
Vətəndaşlar dekabrın 27-dək 7 saylı Bakı “ASAN xidmət” mərkəzi, “Bravo” marketlər şəbəkəsinin “20 Yanvar” və “Koroğlu” filiallarında qurulan xüsusi guşələrə yaxınlaşmaqla məktublarla tanış ola və öhdəliyə götürə bilərlər.
Yeni ildə kiçik qəlblərin sevincinə birlikdə səbəb olaq!