Azərbaycanda ilk dəfə “Ləvəngi Festivalı” keçirilib

Azərbaycanda ilk dəfə “Ləvəngi Festivalı” keçirilib

Dekabrın 5-də Lənkəranda (UNESCO-nun Qastronomiya şəhəri) Lənkəran şəhəri İcra Hakimiyyəti,  Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Milli Kulinariya Assosiyasiyası təşkilatçılığı ilə ilk dəfə “I Ləvəngi Festivalı” keçirilib.

“İNFONEWS” xəbər verir ki, tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, hüquq mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Festivalda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivlərinin ifasında rəngarəng, ədəbi-bədii kompozisiyalar nümayiş olunub, müsiqi nömrələri səsləndirilib.

Lənkəranın, eləcə də cənub bölgəsinin ən məşhur yerli təamı olan ləvənginin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması məqsədilə təşkil olunan festivalda ləvəngidən hazırlanmış müxtəlif növ yeməklər nümayiş etdirilib və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən hər biri qiymətləndirilib, qaliblərə diplomlar təqdim olunub.

Tədbirin münsiflər heyəti:

Əmiraslanov Abdulla

Suleymanova Simuzər

İsmayılov Firdovsi

Əsədova Səyyarə

Kazımov Abdulla

Mirzəyev Amid

Mürsəlova Nailə

Salahova İradə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir