Mingəçevirdə gənc qadın intihara cəhd edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şəhərin H.Əliyev prospektində 1992-ci il təvəllüdlü Lətifova Əminə Rasim qızı Kür çayının üzərində yerləşən körpüyə çıxaraq, intihar məqsədilə özünü çaya atıb.
Ə.Lətifova həmin vaxt təsadüfən ərazidə olan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupunun xilasedicisi tərəfindən xilas edilib.