Öz məğrur eşqimdə təmənnasızam – Nəbi Xəzri
Bu gün Xalq şairi Nəbi Xəzrinin doğum günüdür.
“İNFONEWS” təqdim edir.
İstə
Öz məğrur eşqimdə təmənnasızam,
Bir damla istəsəm,
Bir ümman istə.
Mən ki, bir dünyalıq boranam, yazam,
Bircə gül istəsəm,
Gülüstan istə.
Mənə ulduz boyda ulduz işıq ver desəm,
Sən məndən
Günəşli asiman istə.
Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü,
Ərmağan istə.